Home » “Yüksəliş” müsabiqəsinin finalında “Ağıllı şəhər” üzrə müzakirələrdə KOBİA da iştirak edib

“Yüksəliş” müsabiqəsinin finalında “Ağıllı şəhər” üzrə müzakirələrdə KOBİA da iştirak edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İyulun 11-də Bakı Ekspo Mərkəzində “Yüksəliş” müsabiqəsinin final mərhələsi çərçivəsində keçirilən “Qarabağda ağıllı şəhər” tapşırığı üzrə müzakirələrdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov idarəçi rəhbər qismində iştirak edib. 

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə təşkil olunmuş müzakirələrdə finalçıların Qarabağda “Ağıllı şəhər” konsepsiyası üzrə fikirləri öyrənilib, onlar idarəçi rəhbərlərin suallarını cavablandırıblar. Final iştirakçılarının tapşırıq üzrə təqdimatından sonra idarəçi rəhbərlər keys üzrə finalçıları qiymətləndiriblər. 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik qabiliyyəti yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olunub. Müsabiqənin final mərhələsi artıq başa çatıb. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.