Home » Zəngilanın Ağalı kənd sakinləri aktiv məşğulluq proqramları ilə əhatə olunublar

Zəngilanın Ağalı kənd sakinləri aktiv məşğulluq proqramları ilə əhatə olunublar

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Bu gün Zəngilan şəhəri günüdür

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsində Zəngilan şəhəri də 2020-ci oktyabrın 20-də erməni işğalından azad edildi.

Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 oktyabr – Zəngilan şəhəri günü kimi qeyd edilir.

Böyük Qayıdışın başlanğıcı olan Zəngilanın Ağalı kəndinə köçürülən sakinlər  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunublar.

Nazirlik tərəfindən onlardan 120 nəfər ərazidəki vakansiyalar, 33 nəfər “İşsizin dostu” proqramı üzrə işlə təmin edilib, 11 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb. 26 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda daha 31 sakinin məşğulluğuna dəstək işləri aparılır.

İşğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Ağalıda ilk “Smart DOST” xidmət məntəqəsi də açılıb. Ötən dövrdə bu məntəqədə 19 sakinə xidmət göstərilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.