Home » Zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yeni dövlət standartları zərgərlik xidmətləri ilə əlaqəli ümumi qaydaları, həmçinin zərgərlik peşəsi, bu sahədə istifadə olunan alətləri, avadanlıqları və digər məsələləri əhatə edir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Türk standartları əsasında AZS TS 11848:2024 “Zərgərlik xidmətləri – Ümumi qaydalar” və AZS TS 12376:2024 “Zərgər – İstehsal – İşçilər üzrə tələblər” yeni dövlət standartları qəbul edilib.

Yeni dövlət standartları zərgərlik xidmətləri ilə əlaqəli ümumi qaydaları və zərgərlik peşəsi, bu peşə ilə məşğul olanların təsnifatını, istifadə olunan alətləri, vasitələri və avadanlıqları, həmçinin hər bir sinfə aid olan işçinin zərgərlik peşəsi ilə əlaqədar yiyələnməsi vacib olan bilikləri, bacarıqları, rəftar və davranışları əhatə edir.

Sözügedən yeni dövlət standartları “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 36) tərəfindən müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.