Home » Zakir Nuriyev: Ani Ödənişlər Sisteminin imkanlarından daha effektiv istifadə olunmalıdır

Zakir Nuriyev: Ani Ödənişlər Sisteminin imkanlarından daha effektiv istifadə olunmalıdır

by Zeyneb
0 comments 2 views 2 minutes read

Azərbaycanda rəqəmsal ödəniş ekosisteminin əsas elementlərindən olan Ani Ödənişlər Sisteminin funksional imkanlarından daha səmərəli istifadə edilməlidir. Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev qurumun Mastercard-la əməkdaşlığı çərçivəsində Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Nuriyev qeyd edib ki, rəqəmsal ödənişlərin genişlənməsi üçün digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi, QR-kodun geniş tətbiqi və daha innovativ ödəniş alətlərinin istifadəsi vacibdir:

“Alternativ ödəniş alətləri ilə yanaşı, NFC texnologiyasının tətbiqi də diqqətdə saxlanılmalıdır.”

ABA sədrinin sözlərinə görə, card-to-card əməliyyatları ilə bağlı qanunvericilikdə nəzərdə tutulan yeni tələblər fonunda ödəniş kartları ilə rəqəmsal ödənişlərin inkişaf tendensiyasının qorunması xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, nağd hesablaşmaların müəyyən hissəsinin nağdsız dövriyyəyə cəlb edilməsi bu inkişafın davamlılığını təmin edə bilər.

Zakir Nuriyev ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqini müsbət addım kimi qiymətləndirib:

“Bu yanaşma rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün mühüm imkan yaradır.”

Qapalı şəbəkələrdə əməliyyat dövriyyəsinin məhdudlaşdırılması təklif edilir

ABA sədri bildirib ki, islahatların davamı olaraq “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda dəyişiklik edilməlidir. Onun sözlərinə görə:

  • Qapalı şəbəkələrdə aparılan əməliyyat dövriyyəsi məhdud məbləğlə sərhədlənməlidir;

  • Bu şəbəkələrdə fəaliyyət göstərən qurumlar üçün lisenziya tələbi tətbiq olunmalıdır;

  • Bu mexanizm vasitəsilə əməliyyatların nağdsız ödəniş dövriyyəsinə cəlb olunması təmin edilməlidir.

Nuriyev əlavə edib ki, rəqəmsal ödənişlərin regional səviyyədə inkişafı üçün Türkiyə və Gürcüstanla qarşılıqlı “sandbox” rejiminin tətbiqi imkanları nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, Sinqapur–Malayziya təcrübəsi bu istiqamətdə uğurlu model kimi araşdırıla bilər.

Bank sektorunun islahatlara dəstəyi davam edir

ABA sədri qeyd edib ki, banklar bu islahatlardan birbaşa faydalanmaqla yanaşı, proseslərin də fəal iştirakçılarıdır:

“Bu il ABA və üzv təşkilatlar Qarabağdan Naxçıvana qədər müxtəlif sahələri əhatə edən 10-a yaxın dövlət proqramı və layihəyə töhfə verib.”

Onun sözlərinə görə, AMB və maliyyə assosiasiyalarının birgə işçi qrupu tərəfindən müəyyən olunan tədbirlərin 58-i artıq icra olunub, digər istiqamətlər üzrə işlər davam edir.

Zakir Nuriyev həmçinin AMB, Elm və Təhsil Nazirliyi, ABA və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Maliyyə Savadlılığı Viktorinası”na xüsusi diqqət çəkib və 13–15 yaşlı məktəblilərin iştiraka dəvət olunduğunu bildirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.