Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb - BBN

Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb

Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə həyata keçirdiyi bahar kampaniyasının müddətini uzadıb. Kampaniya çərçivəsində kredit şərtləri üzrə tətbiq edilən xüsusi güzəştlər davam edir.

Kampaniya çərçivəsində istehlak kreditlərinin faiz dərəcələrinə endirim təqdim edilir. Bununla yanaşı, Bank kredit rəsmiləşdirilməsi üzrə komissiya haqqına 70% güzəşt təqdim edir.

Beləliklə, Bankın istehlak kreditləri üzrə faiz dərəcələri 10.9%-dən, komissiya isə 0.3%-dən başlayır. Müştərilər kampaniya çərçivəsində kreditə həm Ziraat Bank Azərbaycanın İnternet Bankçılığı vasitəsilə onlayn qaydada, həm də filiallarına yaxınlaşaraq müraciət edə bilərlər.

Bahar kampaniyası 19 iyun tarixinədək qüvvədə olacaq.

“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Related posts

AMB-nin xarici valyuta əməliyyatlarından gəlirləri 25 % artıb

AMB işçilərinə çəkdiyi xərci 25 %, verdiyi kreditləri 10% artırıb

Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri 23 %-ə yaxın artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı