Home » Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

by Aytac
0 comments 1 views 1 minutes read

Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasını təqdim edərək kredit şərtlərində xüsusi güzəştlər tətbiq edir.

Kampaniya çərçivəsində istehlak kreditlərinin faiz dərəcələrinə endirim təqdim edilir. Bununla yanaşı, Bank kredit rəsmiləşdirilməsi üzrə komissiya haqqına 70% güzəşt təqdim edir.

Beləliklə, Bankın istehlak kreditləri üzrə faiz dərəcələri 10.9%-dən, komissiya isə 0.3%-dən başlayır. Müştərilər kampaniya çərçivəsində kreditə həm Ziraat Bank Azərbaycanın İnternet Bankçılığı vasitəsilə onlayn qaydada, həm də filialarına yaxınlaşaraq müraciət edə bilərlər.

Bahar kampaniyası 1 may tarixinədək qüvvədə olacaq.

“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.