Bazar ertəsi günün ticarətində Zoom-un səhmləri 13% bahalaşıb. Buna səbəb isə görüntülü video zəng platformasının 4-cü rüb ilə bağlı maliyyə nəticələrində gözləntiləri üstələməsi ilə bağlı olub.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, daha öncəki adı ilə Refinitiv adlandırılan LSEG-nin proqnozlarına əsasən səhm üzrə gəlir 1.15 dollar gözlənilirdi, ancaq real gəlir isə 1.22 dollar olub.
Mənfəət isə 1.13 milyard dollara qarşı, 1.15 milyard dollar olub. Bəyanatda bildirilib ki, bir öncəki illə müqayisədə mənfəət 3%-dən az artıb və 1.12 milyard dollardan yüksəlib.
Yanvarın 31-də başa çatan maliyyə ilində isə şirkətin xalis gəliri səhm üzrə 98 sent və 298.8 milyon dollar olub. Bir il öncəki ildə isə xalis zərər isə səhm üzrə 36 sent və 104.1 milyon dollar olub.
Pandemiya zamanı şirkətin mənfəəti onlayn işçilərin artmasından dolayı 5 ardıcıl rübdə 100%-dən çox yüksəlmişdi. Hazırda isə Zoom tək rəqəmli inkişaf rəqəmlərinə çatmaqda isə çətinlik çəkməkdədir. 4-cü maliyyə rübündə Zoom-un müəssisə müştərilərinin sayı bir öncəki rübdə qeydə alınana 219.000-dən 220.400-ə yüksəlmişdi.
Qeyd edək ki, maliyyə nəticələri açıqlanmamışdan öncə Zoom-un səhmləri 12% enmişdi, həmin zaman isə S&P 500 səhm indeksi isə 6% dəyər əldə etmişdi.