0
Türkiyə Sahibkarlar və Biznes Konfenderasiyası qeyri-hökumət təşkilatının hesablamalarına əsasən 2 ardıcıl güclü zəlzələ Türkiyə iqtisadiyyatına 84.1 milyard dollar zərər vuracaq.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, müqayisə üçün deyək ki, 1999-cu ildə Mərmərə zəlzələsi İzmit şəhərinə ziyan vurmuş və 17.000-dən çox insan vəfat etmişdi və nəticədə iqtisadiyyata dəyən zərər isə 51.1 milyard dollar idi.
Qeyd edək ki, Türkiyə digər Avropa ölkələri kimi hiperinflyasiya və yaşam xərclərinin artmasından əziyyət çəkməkdədir.