Home » Əmanətlərin tam sığortalanması müddəti uzadılıb

Əmanətlərin tam sığortalanması müddəti uzadılıb

by bbnadm
0 comments 0 views 1 minutes read

Prezident “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Bununla bağlı, qanunun 3-cü maddəsində dəyişiklik olunub. 

Dəyişikliyə əsasən, ölkədə əmanətlərin tam sığortalanması müddəti daha 9 ay artırılaraq bu il dekabrın 4-nə qədər müəyyən edilib. 

Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.

Qanunla bağlı gözləntilər özünü doğruldub. Sənəd qüvvəyə mindikdən 3 ay sonra Azərbaycanda bank əmanətləri yenidən artmağa başlayıb və ötən ilin oktyabr ayında 4 illik maksimumu yeniləyərək 8,8 milyard manata çatıb. Bununla belə, son bir neçə ayda bank əmanətlərinin yenidən azalması müşahidə edilir. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.