Home » Əmək, məşğulluq, sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb

Əmək, məşğulluq, sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovla İranın Kooperativlər, Əmək və Sosial Rifah nazirinin müavini  Ahmad Meydarinin onlayn formatda görüşü olub.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfələr verdiyi vurğulanıb.

A.Kərimov ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial sahədə aparılan islahatlar, əldə olunan innovativ nailiyyətlər barədə məlumat verib. O, pandemiya dövründə Azərbaycanda reallaşdırılan geniş mqiyaslı iqtisadi və sosial dəstək tədbirlərini qeyd edib. Nazir müavini əmək bazarı ilə bağlı islahatları, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirildiyini diqqətə çatdırıb.

A.Meydari ölkəsində əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan işləri, islahat tədbirlərindən bəhs edib.

Görüşdə Nazirliklər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq təcrübəsinin, təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında  əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyi qeyd edilib, ikitərəfli əməkdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.