Home » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının missiyası ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının missiyası ilə görüş olub

by bbnadm
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının missiyası ilə görüş olub.

  Görüş aparılan siyasət və proqramlarda gender bərabərliyinin təmin olunması məsələsinin müzakirəsinə həsr olunub. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində ötən dövrdə görülən işlər barədə missiyaya məlumat verilib.  Ölkə qanunvericiliyində gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalardan  irəli gələn müddəaların əksini tapdığı vurğulanıb.

Qeyd edilib ki, bu sahədə ölkəmizdə BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına, Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyalarına uyğun siyasət aparılır. Əmək və məşğulluq sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsinin qanunla qadağan edildiyi, ayrı-seçkiliyə yol verən işəgötürənin qanunla məsuliyyət daşıdığı diqqətə çatdırılıb.

Görüşdə sosial müdafiə və məşğulluq sahəsində gender bərabərliyi, bu sahədə qanunvericiliyə dair müzakirələr aparılıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.