Bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə 24 dekabr 2020-ci il tarixində növbəti vebinar keçirilib.
Vebinarda “AssistBox” şirkətinin qurucu ortağı, icraçı direktoru Bora Gül “Customer onboarding və onlayn satış proseslərində istifadə olunan video zəng və uzaqdan dəstək tətbiqi” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra isə “IDNT” şirkətinin təsisçisi və icraçı direktoru, pərakəndə təcrübənin layihələndirilməsi üzrə rəhbəri Mikola Çumak “Bankçılıq 2021 – “yeni reallıq” da inkişaf strategiyaları”mövzusunda çıxış edib.