Home » BVF qlobal iqtisadi artım proqnozunu açıqlayıb

BVF qlobal iqtisadi artım proqnozunu açıqlayıb

by yunus
0 comments 1 views 1 minutes read

BVF Qlobal İqtisadiyyat Hesabatının yaz buraxılışını dərc edib.

BBN.az xəbər verir ki, BVF-inhesabatında qeyd olunub ki, qlobal iqtisadiyyatın bu il 2,8 faiz, gələn il isə 3 faiz artacağı gözlənilir.

Fondun yanvar ayında dərc etdiyi proqnozlarda isə həm bu il, həm də gələn il üçün dünya iqtisadiyyatında 3,3 faiz artım nəzərdə tutulmuşdu.

Hesabatda bildirilir ki, qeyd olunan artım göstəriciləri tarixi orta göstərici olan 3,7 faizdən xeyli aşağıdır.

Hesabatda həmçinin vurğulanır ki, inkişaf etmiş iqtisadiyyatlarda bu il artımın 1,4 faiz, gələn il isə 1,5 faiz olacağı gözlənilir. İnkişaf etməkdə olan iqtisadiyyatlarda isə bu göstəricilər bu il üçün 3,7 faiz, gələn il üçün isə 3,9 faiz olaraq proqnozlaşdırılıb.

Hesabatda, qlobal inflyasiyanın isə yanvar ayındakı gözləntilərlə müqayisədə bir qədər daha yavaş tempdə azalaraq 2025-ci ildə 4,3 faiz, 2026-cı ildə isə 3,6 faiz olmasının gözlənildiyi də qeyd olunub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.