Əsas kapitala yönəldilmiş vəsaitlər 13,8% artıb

2022-ci il ərzində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlərdə artım 2021-ci illə müqayisədə 13,8% təşkil edib.

Dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlər 17,0%, qeyri-dövlət mülkiyyətində olan təşkilatlar (ABƏŞ istisna olmaqla) tərəfindən əsas kapitala yönəldilmiş investisiyalar 6,3% artıb. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə isə 16,7% artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır