
2026-cı ilin ilk yarısında Azərbaycanda dövlət qurumlarının adından istifadə edən və ya onlara bənzədilən 20 saxta domen aşkarlanaraq bloklanıb.
BBN.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım deməkdir.
Statistikaya əsasən, ikinci rübdə bloklanan saxta domenlərin sayı 14 olub. Bu isə ilin ilk üç ayı ilə müqayisədə təxminən 2,3 dəfə çoxdur və kibertəhdidlərin ikinci rübdə daha da aktivləşdiyini göstərir.
Müqayisə üçün qeyd edək ki, 2025-ci il ərzində dövlət qurumlarını hədəf alan ümumilikdə 40 saxta domen müəyyən edilərək bloklanmışdı. Həmin göstərici 2024-cü illə müqayisədə 40 faiz aşağı olmuşdu.




