Home » Ən sürətlə yüksələn “fintech” səhmləri hansılardır?

Ən sürətlə yüksələn “fintech” səhmləri hansılardır?

by bbnadm
0 rəy 6 baxış 2 dəqiqə oxuma

Bütün növ maliyyə texnologiyaları üzrə fəaliyyət göstərən şirkətləri özündə cəmləşdirən “fintech” konsepsiyası artıq uzun müddətdir ki, bankçılıq sahəsində payını artırmaqdadır. Banklar və digər maliyyə qurumlarını da ənənəvidən rəqəmsallaşmaya sövq edən “fintech”lər qlobal bazarda istehlakçılarla yanaşı investorlarında xüsusi diqqətini cəlb edir.

Beynəlxalq maliyyə bazarları platforması “StockMarketCom” tərəfindən aparılan araşdırma nəticəsində investorlar üçün maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərdən ən yüksək gəlirlilik gözlənilən “fintech”lərin adları ortaya çıxıb. Araşdırma əsnasında, əsasən şirkətlərin uzunmüddətli dövr üçün gəlirlilik ehtimalları proqnozlaşdırılıb.

Siyahıda lider pozisiyanı “Square” şirkəti tutub. “Neobank” konsepsiyası altında fəaliyyət göstərən “Square” istifadəçilərinə rəqəmsal maliyyə əməliyyatları aparmağa imkan tanımaqla yanaşı, əldə etdiyi lisenziya köməkliyi ilə müddətli və müddətsiz depozit hesabları açmağı da mümkün edir. Maliyyə texnologiyaları nəhəngi “PayPal”ın tərkibində fəaliyyət göstərən “Square” üçüncü rübdə satışlarını 27% artıraraq 3.84 milyard dollara çatdırıb. Son aylarda daha iki funksiyasını istifadəyə verən “Square” şirkətinin səhmlərinə yatırım mənfəətli hesab edilir.

Kaliforniya mərkəzli “Affirm” fintechi ödəniş texnologiyaları və banklarla əməkdaşlıqlarına görə daim investorların diqqət mərkəzində olub. Şirkətin ən son tərəfdaşlığı “American Airlines” ilə olub. Bu tərəfdaşlıq nəticəsində “Affirm” istifadəçilərinə “indi al, sonra ödə” (BNPL) imkanı yaradıb. “Walmart”, “Target”, “Ikon Pass” kimi brendlərlə qarşılıqlı tərəfdaşlıq yaradan şirkətin səhm (AFRM) dəyəri NASDAQ birjasında artım tendensiyası ilə davam etməkdədir.

Son olaraq əyləncə sektorunda rəqəmsal ödənişlərin tətbiqi sahəsində fəaliyyət göstərən “Paysafe” şirkətinə nəzər salaq. Ötən həftə bulud (cloud) texnologiyasına bütövlükdə inteqrasiyasını tamamlayan şirkət “Amazon Web Services” ilə tərəfdaşlıq edir. Nyu York Birjasında (NYSE) alqı-satqısı həyata keçirilən “Paysafe” səhmlərinin (PSFE) uzunmüddətli dövrdə böyük gəlirlilik vəd edəcəyi proqnozlaşdırılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.