Home » 15 dekabrda keçiriləcək hərraca 21 faydalı qazıntı yatağı çıxarılacaq

15 dekabrda keçiriləcək hərraca 21 faydalı qazıntı yatağı çıxarılacaq

by anar
0 comments 0 views 1 minutes read
15 dekabrda keçiriləcək hərraca 14 qum-çınqıl, 3 gil, 2 əhəngdaşı, 1 gips və 1 kvars qumu yatağı çıxarılacaq.  

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 15-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Hərracda investorlara Balakəndə yerləşən “Katexçay” (9 ha), “Balakənçay II” (10 ha), “Paşan” (13 ha), “Balakən” (2,5 ha), Şamaxıda “Yuxarı Pirsaatçay” (49,5 ha), Oğuzda “Muxas-Daşağılçay” (15 ha), Şəkidə “Şəki” (10 ha), Qubada “Qudyalçay” (11,5 ha), “Səbətlər” (10 ha), Abşeronda “Umbaki” (1,36 ha), “Güzdək” (1 ha), Yevlaxda “Gülövşə” (20 ha), Siyəzən “Gilgilçayın cənub-qərb cinahı”, (4 ha), Tovuzda “Aşağı Zəyəmçay” (3,77), Füzulidə “Dövlətyarlı” (3 ha), İsmayıllıda “Təzəkənd” (10 ha), “Ağbulaq” (6 ha), “Göyçay I” (10 ha), Qəbələdə “Türyançay III” (3 ha), Goranboyda “Yuxarı Ağcakənd” (6,9 ha), Şabranda “Baş Əmirxanlı” (0,68 ha) faydalı qazıntı yataqları təklif olunacaq.

İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 7 dekabr 2023-cü il, saat 18:00-dək “Bakı KOB evi”nə (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/36JvFX) və “Özəlləşdirmə portalı”nda (https://clck.ru/36JvH9 ) tanış olmaq olar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.