Home » 18.000-dən çox iş yeri ixtisarının elanını verən Amazon-dan yeni xəbər var

18.000-dən çox iş yeri ixtisarının elanını verən Amazon-dan yeni xəbər var

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ötən həftə Amazon xərcləri azaltmaq üçün qlobalda 18.000-dən çox iş yerini ixtisar edəcəyinin elanını verdikdən sonra, onlayn riteyl şirkətindən yeni xəbər var. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, kompaniya Böyük Britaniyada 3 anbarını bağlayacaq bu isə nə az, nə çox düz 1.200 iş yerini risk altında qoyacaq.

Lakin, əlavə edilib ki, yaxın 3 ildə yeni mərkəzlər açacaq ki, bu da 2.500 iş yeri deməkdir. Amazon-dan bildirilib ki, işsiz qalan əməkdaşlara şirkətin digər bölmələrində çalışmaq imkanı veriləcək. Amazon-un sözçüsü isə qərarın arxasında duran səbəblərdən danışan zaman əlavə edib ki, “Böyük Britaniyadakı əməliyyatlarımıza diqqət etdik, qərar da bundan sonra alınıb. İlk növbədə ofis işçilərinə təsir edən daha geniş ixtisarlarla tamamilə əlaqəsi yoxdur”. 

Qeyd edək ki, qlobalda 18.000 işçi ixtisarına gedəcəyinin xəbəri isə şirkət tarixində ən böyüyü hesab edilir. Böyük Britaniyada Amazon-un ilk mərkəzi 1998-ci ildə açılıb və pandemiya zamanı isə Amerika şirkətinin biznesi burada sadəcə sürətli bir şəkildə “çiçəklənib”.  Hazırda isə bu ölkədə təxminən 70.000 işçisi var. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.