Home » “Apple” prosessorların istehsalı üçün “Intel” və “Samsung” şirkətləri ilə əməkdaşlığı nəzərdən keçirir

“Apple” prosessorların istehsalı üçün “Intel” və “Samsung” şirkətləri ilə əməkdaşlığı nəzərdən keçirir

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ-ın texnologiya nəhəngi “Apple” prosessorların istehsalını diversifikasiya etmək məqsədilə “Intel” və “Samsung” şirkətləri ilə ilkin danışıqlara başlayıb.

BBN.az xəbr verir ki, mənbələrin məlumatına görə, “Apple” Intel-in çip istehsalı xidmətlərindən istifadə imkanlarını dəyərləndirir. Eyni zamanda şirkət ABŞ-ın Texas ştatında inşa edilən “Samsung” zavodunu da nəzərdən keçirib. Bununla belə, hər iki istiqamətdə danışıqlar hələ ilkin mərhələdədir və konkret sifarişlərlə nəticələnməyib.

Bildirilir ki, “Apple” hazırda əsas tərəfdaşı olan TSMC-dən kənar alternativ texnologiyalara keçid məsələsində ehtiyatlı davranır. Şirkət uzun illərdir ki,” iPhone” və “Mac” cihazlarında istifadə olunan “tək çipli sistemləri” (SoC) özü dizayn edir və onların istehsalını məhz TSMC-yə həvalə edir.

Hazırda ən yeni “iPhone” və “Mac” modellərində 3 nanometrlik istehsal texnologiyasından istifadə olunur. Lakin süni intellekt sahəsində artan tələbat, xüsusilə də məlumat mərkəzlərinin genişlənməsi və yerli AI funksiyalarını dəstəkləyən “Mac” kompüterlərinə marağın yüksəlməsi çip təchizatında müəyyən çatışmazlıqlara səbəb olub.

Apple-ın baş direktoru Tim Cook şirkətin rüblük maliyyə hesabatı zamanı bildirib ki, təchizat zənciri əvvəlki dövrlərlə müqayisədə daha az elastikdir. Onun sözlərinə görə, çip çatışmazlığı “iPhone” və “Mac” satışlarının artım tempinə mənfi təsir göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.