2022-ci ilin I yarısında Almaniyada pivə satışları 3.8% yüksəldi

2022-ci ilin 6 ayında demək olar ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 160 milyon litr daha çox pivə istehlak edilib, lakin hesabat göstərir ki, istehlak pre-pandemiya səviyyəsindən aşağıdır. 

Cari ilin ilk 6 ayında, yəni I yarısında Almaniyada pivə satışları 3.8% artıb. 

BBN.az xəbər verir ki, bu haqda Federal Statistika Agentliyi – Destatis-in bazar ertəsi günü paylaşdığı hesabatda deyilib, DW Business məlumatı paylaşıb. Bu ilin 6 ayında 4.3 milyard litr pivə Almaniyada istehlak edilib, bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 157.2 milyon litr çoxdur. Həmin dövrdə isə koronavirus Avropanın ən böyük iqtisadiyyatında pivə zavodları və pivə anbarları arasındakı satışlara ciddi təsir göstərmişdi.

Limonad, kola və ya meyvə şirələri kimi alkoqolsuz içkilərlə pivəni qarışdıran içkilərin satışında 3,3% azalma qeydə alınıb. Rəqəmlərə alkoqolsuz pivə və “malt” içkilər və ya Aİ-dən kənardan gətirilən pivə daxil deyil. 

Pandemiyadan əvvəlki rəqəmlər ilə müqayisədə aşağıdır

Almaniyada pivə istehlakının pandemiyadan əvvəlki səviyyəyə qayıtması üçün isə hələ çox yol var. 2022-ci ildəki rəqəmləri 2019-cu ildəkilər ilə müqayisə etdikdə aydın olur ki istehlak nə az, nə çox düz 5.5% enib, bu isə 253.8 milyon litr azdır. 

Pivə istehlakının uzunmüddətli nəticələri ilə bağlı göstəricilər isə daha aşağıdır, son 2 onillikdə, satışlar əsrin əvvəli ilə müqayisədə 2021-ci ildə ¼ azalıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır