Home » Daha bir yerli brend Karib hövzəsində təmsil olunacaq

Daha bir yerli brend Karib hövzəsində təmsil olunacaq

by Aytac
0 comments 1 views 1 minutes read

“Azexport” portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı həyata keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, ixrac üçün sərbəst satış sertifikatı rəsmiləşdirilmiş, “Hub Trade” şirkəti tərəfindən ixrac olunan 200 və 1000 millilitrlik qablaşdırmada yerli istehsal nar şirəsi məhsulu gömrük nəzarətindən keçərək Gürcüstanın Poti limanından dəniz yolu ilə Dominikan Respublikasına göndərilmək üçün yola salınıb.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov Karib hövzəsi ölkələrinin Azərbaycan məhsulları üçün nisbətən yeni, eyni zamanda perspektivli və yüksək alıcılıq qabiliyyətinə malik bazar olduğunu bildirib. Onun sözlərinə görə, yerli istehsal olan nar şirələrinin bu bazara daxil olması Azərbaycan brendlərinin qlobal miqyasda rəqabət qabiliyyətinin artmasının göstəricisidir. Poti limanı üzərindən Amerika qitəsinə tədarük marşrutlarının qurulması ölkənin qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsinə töhfə verir. Ayxan Qədəşov qeyd edib ki, milli məhsulların uzaq və mürəkkəb bazarlara çıxışı onların beynəlxalq keyfiyyət standartlarına cavab verdiyini də göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.