![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
2023-cü ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat və emal işlərini davam etdirdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluğun səviyyəsi xeyli artıb. Hesabat ilində “AzerGold” və onun törəmə şirkətlərində – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də çalışan əməkdaşların sayı ümumilikdə 16.3% artaraq 989 nəfər (“AzerGold” QSC-də 693 nəfər, törəmə şirkətlərdə 296 nəfər) təşkil edib. Əməkdaşların 52%-i (515 nəfər) ölkəmizin regionlarını, xüsusilə Gəncə, Daşkəsən və Göygöl rayonlarını təmsil edir. Səhmdar Cəmiyyətin fəaliyyəti nəticəsində podratçı şirkətlərlə bərabər 2000 nəfərdən çox insan üçün daimi iş yeri yaradılıb.