Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb. Belə ki, 2023-cü ildə Azərbaycandan 3,348 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu 2022-ci illə müqayisədə 9,8 faiz çoxdur.
BBN.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən xəbər verir ki, təkcə ötən ilin dekabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 314,2 milyon dollardan çox təşkil edib ki, bu da illik ifadədə 3,8 faizlik artım deməkdir. Ötən ilin IV rübündə isə ölkədən 914,2 milyon dollara yaxın qeyri-neft məhsulları ixrac olunub ki, bu da əvvəlki ilin analoji rübü ilə müqayisədə 7,9 faiz çoxdur.