Home » İxracatçılarla görüş keçirilib

İxracatçılarla görüş keçirilib

by anar
0 comments 1 views 1 minutes read

Görüşdə cari ilin iqtisadi-ticarət nəticələri, qeyri-neft ixracının inkişafı və 2025-ci ilin hədəfləri müzakirə edilib, dövlət qurumları və sahibkarlar arasında fikir mübadiləsi aparılıb.

Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə ixracatçılarla görüş keçirilib. Tədbir zamanı il ərzində həyata keçirilən ixrac əməliyyatlarının nəticələri və 2025-ci il üçün müəyyənləşdirilən yeni hədəflər müzakirə edilib. Görüşdə dövlət rəsmiləri, sahəvi assosiasiyaların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın ixrac göstəriciləri və qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb, ixracın təşviqi mexanizmləri barədə məlumat verib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların iqtisadiyyatda payının artması və sahibkarlara təqdim edilən dəstək mexanizmlərindən danışıb.

Tədbirdə həmçinin, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi, Dövlət Vergi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ticarətdə aktual məsələləri, eləcə də ticarət sazişlərinin əhəmiyyəti, elektron ticarət, tətbiq olunan güzəştlər, gömrük prosedurları və gömrük islahatlarına dair fikir mübadiləsi aparıblar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.