Home » 2024-cü ilin ilk ayı üzrə respublikada elektrik enerjisinin istehsalı 2 401,6 mln. kVt·st olub

2024-cü ilin ilk ayı üzrə respublikada elektrik enerjisinin istehsalı 2 401,6 mln. kVt·st olub

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

2024-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay respublikada elektrik enerjisinin istehsalı 2 401,6 mln. kVt·st olub.

Ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 2 229,3 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 62,2 mln. kVt·st artımla 129,4 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0 mln. kVt·st artımla 42,9 mln. kVt·st. təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 5,8 mln. kVt·st, günəş elektrik stansiyalarında 18,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 18,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 165,7 mln. kVt·st (İES-lərdə 2 041,1 mln. kVt·st, SES-lərdə 124,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 30,4 mln. kVt·st (İES-lərdə 24,03 mln. kVt·st, SES-lərdə 3,65 mln. kVt·st, Günəş ES-də 2,74 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,74 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 201,8 mln. kVt·st təşkil edib.

Ötən ay ərzində elektrik enerjisinin ixracı 116,3 mln. kVt·st, idxalı isə 19,0 mln. kVt·st olub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.