
2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 % artaraq 1 089,2 manat təşkil edib.
Məlumata görə, orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək olub.
Statistikaya əsasən, 2025-ci il dekabrın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 797,4 min nəfər təşkil edib. Onlardan 869 min nəfəri dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin:
-
18,6 %-i ticarət və nəqliyyat vasitələrinin təmiri,
-
18,2 %-i təhsil,
-
14 %-i sənaye,
-
8,5 %-i səhiyyə və sosial xidmətlər,
-
6,7 %-i tikinti,
-
6,3 %-i dövlət idarəetməsi və müdafiə, sosial təminat,
-
4,5 %-i nəqliyyat və anbar təsərrüfatı,
-
3,9 %-i peşə, elmi və texniki fəaliyyət,
-
2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
-
2,3 %-i maliyyə və sığorta fəaliyyəti,
-
14,6 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.







