
Bank of America, Citi, Goldman Sachs, Deutsche Bank, UBS, Wells Fargo, Santander, BBVA, MUFG və digər iri maliyyə institutlarının daxil olduğu *21 qurum* birgə stablecoin layihəsinə başlayır.
Qrup 2026-cı ilin ikinci yarısında yeni şirkət yaratmağı və *2027-ci ilin ilk yarısında ABŞ dollarına bağlı stablecoin* istifadəyə verməyi planlaşdırır. Sonrakı mərhələdə digər G7 valyutalarına, ilk növbədə avroya bağlı stablecoin-lərin buraxılması nəzərdə tutulur.
Yeni rəqəmsal pulun transsərhəd ödənişlərdə və tokenləşdirilmiş aktivlərin hesablaşmasında istifadəsi planlaşdırılır. Layihənin bank səviyyəli komplayens, idarəetmə və risk idarəetməsi prinsipləri üzərində qurulacağı bildirilir.
Təşəbbüs ənənəvi bankların stablecoin bazarında texnologiya və kripto şirkətləri ilə rəqabətə daha aktiv daxil olduğunu göstərir.
Mənbə: Reuters / iştirakçı maliyyə institutlarının birgə açıqlaması, 1 sentyabr 2026
[Reuters — Goldman Sachs, BofA and others plan joint dollar stablecoin](https://www.reuters.com/business/finance/goldman-sachs-bofa-others-plan-issue-dollar-stablecoin-together-2027-2026-09-01)





