0
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 23 531 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 9 606-sı ünvanlı dövlət sosial yardımı, 5 386-sı pensiya təyinatı, 5 577-si sosial müavinət və təqaüd, 254-ü sosial sığorta və fərdi uçot, 2 808-i isə digər istiqamətlər üzrə olub.