Home » AMB: Bu il üçün inflyasiya proqnozu artırıla bilər

AMB: Bu il üçün inflyasiya proqnozu artırıla bilər

by yunus
0 comments 0 views 1 minutes read

Son meyillərə əsasən, Azərbaycanda 2026-cı ilin inflyasiya proqnozu artırıla bilər. Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən yayımlanıb.

BBN.az AMB-yə istinadən xəbər verir ki, baza ssenariyə görə 2026 və 2027-ci illərdə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməzdir. Lakin son iqtisadi göstəricilər inflyasiya risklərinin artmaqda olduğunu göstərir.

“Faiz dəhlizinin parametrlərinə dair son iclasdan bəri inflyasiya risklərini yüksəldə biləcək amillər aktivləşib. Regionda gərginliyin artması qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indeks dəyişkənliyini yüksəldir. Bu şəraitdə əsas risk idxal məhsullarının qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Qlobal neft və qaz təchizatında problemlər, enerji qiymətlərinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət tərəfdaşlarında inflyasiyanın artmasına səbəb ola bilər. Daxili inflyasiya riskləri isə əsasən təklif və xərc amillərindən asılıdır”, – AMB qeyd edib.

Qurum həmçinin vurğulayıb ki, hazırda illik inflyasiya hədəf daxilindədir. 2026-cı ilin fevralında illik inflyasiya 5,7% təşkil edib. Qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8%, ödənişli xidmətlər üzrə 5,7%, qeyri-qida məhsulları üzrə isə 3,7% olub. İllik baza inflyasiya isə 5,6% səviyyəsindədir. Müşahidə olunan inflyasiya əsasən xarici mənşəli xərc amillərinin təsiri ilə formalaşıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.