Home » “Fintech Farm”ın yaradıcısı 8 yeni neobank açacaq

“Fintech Farm”ın yaradıcısı 8 yeni neobank açacaq

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Böyük Britaniya mərkəzli maliyyə texnologiyaları şirkəti “Fintech Farm” 7.4 milyon dollar məbləğində yeni maliyyə dəstəyi əldə edib. Şirkətin həmtəsisçisi Dmitriy Dubilet əldə edilən bu maliyyə vəsaiti ilə fərqli ölkələrdə 8 yeni neobank açacaqlarını açıqlayıb.

Neobank konsepsiyası artıq uzun illərdir ki, bankçılıq sektorunun əsas tərkib hissəsi kimi mövcudluğunu  qoruyur. Maliyyə texnologiyaları sahəsində ənənəvi bankları dəyişikliyə və rəqəmsallaşmaya sövq edən ən böyük faktorlardan biri də neobanklardır.

2017-ci ildə Ukraynada “Monobank” rəqəmsal bankını yaradan Dubilet hazırda şirkətin müştəri bazasını 4.5 milyon nəfərə çatdırıb.

Dmitriy Dubilet 7.4 milyon dollarlıq layihənin ilkin mərhələsində Qərbi Afrika ölkəsi olan Nigeriyada yerli banklarla tərəfdaşlıq çərçivəsində neobank təsis etməyi planlaşdırıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.