Home » RABİTƏBANKDAN SAHİBKARLAR GÜNÜNÜN 10 İLLİYİNƏ ÖZƏL MİKROKREDİTLƏR ÜZRƏ “10% DAHA SƏRFƏLİ” KAMPANİYASI

RABİTƏBANKDAN SAHİBKARLAR GÜNÜNÜN 10 İLLİYİNƏ ÖZƏL MİKROKREDİTLƏR ÜZRƏ “10% DAHA SƏRFƏLİ” KAMPANİYASI

by Zeyneb
0 comments 0 views 1 minutes read

Sahibkarlığın inkişafına daim dəstək göstərən “Rabitəbank” ASC Sahibkarlar Gününün təsis edilməsinin 10 illiyi münasibətilə mikrokreditlər üzrə xüsusi kampaniyaya start verib. Kampaniya çərçivəsində sahibkarlara daha sərfəli maliyyə imkanları təqdim olunur.

Yeni kampaniya mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdırmaq, bizneslərin inkişafını dəstəkləmək və onların fəaliyyətinə əlavə stimul vermək məqsədi daşıyır. Kampaniya müddətində sahibkarlar mikrokredit məhsullarından xüsusi güzəştli şərtlərlə yararlana biləcəklər.

Kampaniya çərçivəsində sahibkarlar üçün;

  • Kredit faizlərinə 10% endirim
  • Komissiya məbləğinə 10% endirim
  • Kredit müddətinə 10% əlavə imkanı

Kampaniya biznesin dövriyyə ehtiyaclarının qarşılanması, mövcud fəaliyyətin genişləndirilməsi və yeni imkanların reallaşdırılması baxımından sahibkarlar üçün əlavə üstünlüklər yaradır.

Rabitəbankın mikrokredit məhsulları sahibkarların müxtəlif maliyyə ehtiyaclarına uyğun çevik həllər təqdim etməklə yanaşı, onların dayanıqlı inkişafına dəstək olmağa xidmət edir. Bank bu kampaniya ilə bir daha real sektora, xüsusilə kiçik və orta sahibkarlığın güclənməsinə verdiyi önəmi nümayiş etdirir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.