Home » “İqtisadi artım” dərsliyi ADA Universitetində təqdim olunub

“İqtisadi artım” dərsliyi ADA Universitetində təqdim olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ADA Universitetində “İqtisadi artım” kitabının təqdimatı olub. Kitabın təqdimatında çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan iqtisadiyyatının üç dəfədən çox böyüməsi müasir iqtisadi tarixdə nadir hallarda rastlanan hadisədir. Milli iqtisadiyyat həm də, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın müzəffər qələbəsi, post-koflikt quruculuğu, milli təhlükəsizlik və sosial rifahın təmin olunmasında mühüm rol oynayır. “İqtisadi artım” kitabında ikinci dünya müharibəsindən sonra Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya və Çində iqtisadi inkişafın təmin olunmasında liderlərin rolu qiymətləndirilir və qeyd olunur ki, Azərbaycan iqtisadi modelinin uğurlu inkişafının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən ardıcıl siyasətlə davam etdirilir.

“İqtisadi artım” kitabına Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının tövsiyyəsinə uyğun olaraq dərslik statusu verilib.

“İqtisadi artım” kitabının müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, iqtisad elmləri doktoru Vüsal Qasımlıdır.

Kitab Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bankın dəstəyilə nəşr edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.