Home » “GoldenPay”də yeni təyinat

“GoldenPay”də yeni təyinat

by Aytac
0 comments 0 views 1 minutes read

Azərbaycanda “Hesab.az” ödəniş sisteminin sahibi “Qoldenpey” MMC və ya “GoldenPay”in İdarə Heyətinin Sədri, Baş icraçı direktor Eynar Abdullayev vəzifəsini tərk edib.

BBN.az xəbər verir ki, Eynar Abdullayev “GoldenPay” MMC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

O, 2021-ci ildən “GoldenPay” şirkətində Məsul və Marketinq Departamentinin Direktoru olaraq çalışmağa başlayıb. Daha sonra GoldenPay-in İdarə Heyətinin üzvü olub və Kommersiya üzrə Baş Direktoru vəzifəsini icra edib.

Xatırladaq ki, Azərbaycanın ilk fintex şirkəti olan Goldenpay 2007-ci ilin iyul ayında fəaliyyətə başlayıb. 17 iyul 2024-cü il tarixində AR Mərkəzi Bankı tərəfindən Goldenpay-ə Elektron Pul Təşkilatı lisenziyası verilib. 26 mart 2025-ci il tarixində isə şirkət “Azerconnect Group”un tərkibinə daxil olub. Goldenpay şirkəti 13 fevral 2026-cı il tarixində təşkilati-hüquqi formasını Açıq Səhmdar Cəmiyyətindən (ASC) Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) dəyişdirmişdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.