Almaniyanın “fintech” sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərindən olan “N26” ölkənin maliyyə tənzimləyici orqanı olan “BaFin” tərəfindən 4.25 milyon avro məbləğində cərimələnib. Cərimənin səbəbi kimi isə, sözügedən rəqəmsal bankın çirkli pulların yuyulmasının (ÇPY) qarşısının alınmasında gecikmələr göstərilib.
Belə ki, 2019 və 2020-ci illərdə baş verən şübhəli maliyyə əməliyyatları “N26” tərəfindən yalnız 2021-ci ilin əvvəllərində “BaFin”ə hesabat şəklində təqdim edilib. “N26” rəhbərliyi açıqlamasında, vaxtlı-vaxtında məlumatların ötürülməsi üçün şirkətdaxili tənzimləmələrin aparıldığını bildirib.
Məlumat üçün qeyd edək ki, 2013-cü ildə yaranan Berlin mərkəzli şirkətin hazırda bazar kapitalizasiyası 3.5 milyard dolların üstündədir.