Home » “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

26 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin tədavül müddəti 6 (altı) təqvim ili olan AZ2012002021 dövlət qeydiyyat nömrəli, 15.000.000,00 dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 23 investor tərəfindən 24 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 6 % , faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15,000,000.00 dollar təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə baş anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.