Home » Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110004923 ISIN-li, 10 mln. manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 85.152 (10.00%) və 100.00 (7.00%) olan 12 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.00 (7.00%), orta ölçülmüş qiyməti  100.00  (7.00%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31,409,400.00 manat, yerləşdirilmiş həcmi isə 6,100,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 14 noyabr 2028-cı  il.

Hərrac iştirakçıları 24 noyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.