Home » “Bitcoin” kriptovalyutasının qadağan edildiyi ölkələr – SİYAHI

“Bitcoin” kriptovalyutasının qadağan edildiyi ölkələr – SİYAHI

by bbnadm
0 comment 8 views 1 minutes read

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutalar Qərbi Avropa ölkələri, Cənubi Koreya, Yaponiya kimi bir sıra Asiya ölkələrində böyük rəğbətlə qarşılansa da, bəzi ölkələr kriptovalyutadan istifadəni məhdudlaşdırmağa davam edir.

Konqress kitabxanası tərəfindən tərtib edilən “Regulation of Cryptocurrency Around the World 2021” araşdırmasına istinadən, hazırda 50-dən çox ölkə kriptovalyutalara məhdudlaşdırma tətbiq edib. Məhdudlaşdırmaların müxtəlif səbəbləri olsa da, kriptovalyuta bazarında qiymətlərin volatilliyinə səbəb ola bilir. Aşağıdakı cədvəldə, dünyanın ən çox yayılan kriptovalyutası olan “bitcoin”in qadağan edildiyi ölkələri görmək mümkündür.

ÖlkəQadağan olunduğu tarix
Əlcəzair2018
Boliviya2014
Çin24 sentyabr 2021
Kolumbiya2014
Misir 2018
İndoneziya 2018
İran22 sentyabr 2021
Hindistan23 noyabr 2021
İraq 2017
Kosovo 5 yanvar 2022
Nepal2017
Makedoniya2016
Vyetnam2014

Son olaraq qeyd edək ki, Rusiya Federasiyası Mərkəzi Bankı kriptovalyutaların qadağan edilməsinin zəruriliyini özündə əks etdirən hesabat hazırlayıb və yaxın dövrdə hesabatın qanun layihəsi formasında parlamentə təqdim edilməsi planlaşdırılıb . Kriptovalyutaların qadağan olunmasında əsas səbəb kimi, qeyri-mərkəzləşdirilmiş valyuta olması və bundan törənə biləcək maliyyə dələduzluğu riskləri, eləcə də “rəqəmsal rubl” layihəsi düşünülür.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.