Home » Pandemiya dövründə bankçılıq sektoru 1.9 trilyon dollar həcmində böyüyüb

Pandemiya dövründə bankçılıq sektoru 1.9 trilyon dollar həcmində böyüyüb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Koronavirus pandemiyası dövründə bir çox fərqli sahələrlə yanaşı, bankçılıq sektoruna da böyük zərər dəyib. Çikaqo mərkəzli “McKinsey” konsaltinq şirkəti tərəfindən aparılan araşdırmalar nəticəsində tərtib edilən “Global Banking Annual Review 2021: The great divergence” hesabatında pandemiya dövründə bankçılıq və maliyyə sektorunda baş verən dəyişikliklər öz əksini tapıb.

Hesabata ilkin nəzər saldıqda, bankçılıq sektorunda ROE əmsalının geriləməsini müşahidə etsək də, sözügedən sektora səhmdarlar, eləcə də dövlətlər tərəfindən ümumilikdə 2.8 trilyon dollar həcmində kapital investisiyasının olması diqqəti cəlb edən məqamlardandır. Bu məbləğin böyük əksəriyyəti isə, maliyyə institutlarının pandemiya nəticəsində yaranan mühitə inteqrasiyasının, eləcə də bankçılıq sektorunun rəqəmsallaşmasının sürətləndirilməsinə ayrılıb.

İnvestisiyaların nəticəsidir ki, pandemiya dövründə bankçılıq sektorunun bazar kapitalizasiyası 1.9 trilyon dollar həcmində artıb. Ümumilikdə, 600 maliyyə institutunun detallı araşdırılması nəticəsində tərtib edilən hesabata görə, 65 qurum pandemiya dövründə bazar kapitalizasiyasını 8 milyard dollardan çox artıra bilib. Renkinqin aşağı pillələrində qərarlaşan 15 maliyyə qurumu isə 8 milyard dollardan artıq itkiyə məruz qalıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.