Home » Dünyanın ən dəyərli restoran şəbəkələrinin siyahısı açıqlanıb

Dünyanın ən dəyərli restoran şəbəkələrinin siyahısı açıqlanıb

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə restoran şəbəkələrinin   dəyərinə görə sıralamasını əks etdirən “Restaurants 25 2022” hesabatını dərc edib.

Hesabata istinadən, sözügedən kateqoriyada dünyanın ən dəyərli şirkəti “Starbucks” olub. Şirkətin marka dəyəri ötən ilə nisbətən 18.8% artaraq, 45.7 milyard ABŞ dolları olub. “McDonald’s” 17.3% dəyərlənərək, 39.7 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “KFC”  şirkətinin ümumi dəyəri isə 16.9% artaraq 17.6 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Domino’s Pizza” (7.25 milyard $) və “Subway” (7.05 milyard $) şirkətlərinə layiq görülüb.

Restoran şəbəkələrinin renkinqində ABŞ mərkəzli korporasiyalar üstünlük təşkil edir. Belə ki, ilk onluqda yer alan yeganə fərqli şəbəkə Çin mərkəzli “Haidilao” olub. Sözügedən şirkət brend dəyərini 4.65 milyard dollara çatdıraraq 10-cu yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.