Home » Dövlət Xidmətində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Dövlət Xidmətində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş”müsabiqəsinin qalibi Ziya Mürsəlzadə ilə mentorluq proqramına davam edir. Proqram çərçivəsində Ziya Mürsəlzadə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə görüşüb.

Dövlət Xidmətinin rəisi ölkədə istedadlı, liderlik keyfiyyətləri və idarəetmə bacarıqları yüksək olan kadr ehtiyatı bankının yaradılması, intellektual və peşəkar menecment qabiliyyətli gələcək rəhbər şəxslərin müəyyən edilməsi və dəstəklənməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Görüşdə səmərəli fərdi inkişaf, idarəetmədə qənaətbəxş nəticələrin əldə olunması üçün alətlər və qərarların qəbuluna təsir edən faktorlar barədə müzakirələr aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.