Home » İnvestisiya Şirkətlərinin iştirakı ilə Gəncə şəhərində “İnvestisiya səyahəti” tədbiri təşkil olunacaqdır

İnvestisiya Şirkətlərinin iştirakı ilə Gəncə şəhərində “İnvestisiya səyahəti” tədbiri təşkil olunacaqdır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bakı Fond Birjasının 2021-2023-cü illər üzrə strateji prioritetini ticarət dövriyyəsində üstünlüyün korporativ qiymətli kağızlar bazarına yönləndirilməsi müəyyən edilmiş və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

6 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Bakı Fond Birjasının üzvləri olan İnvestisiya Şirkətlərinin iştirakı ilə Gəncə şəhərində “İnvestisiya səyahəti tədbiri təşkil olunacaqdır.

Bu sayca dördüncü belə tədbirdir, birinci “İnvestisiya Səyahəti” tədbiri 20 oktyabr 2021-ci il tarixində Xaçmaz şəhərində, ikinci “İnvestisiya Səyahəti” tədbiri 3 dekabr 2021-ci il tarixində Lənkəran şəhərində, üçüncü “İnvestisiya Səyahəti” tədbiri isə 4 mart 2022-ci il tarixində Yevlax şəhərində keçirilmişdir.

Artıq mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin əsas məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.