Home » İçərişəhərdə KOB Fest sərgi-satış yarmarkası keçirilir

İçərişəhərdə KOB Fest sərgi-satış yarmarkası keçirilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə bu gün İçərişəhərdə “KOB Fest” – sərgi-satış yarmarkası öz işinə başlayıb. Yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim etmək və satışına dəstək olmaq, eləcə də yerli məhsulları tanıtmaqdır.

“Sahibkarlar Günü”nə həsr olunmuş yarmarkada mikro və kiçik sahibkarlıq subyektlərinin qida və qeyri-qida məhsulları, xidmətləri, sənətkarların və yaradıcı şəxslərin əl işləri, ümumilikdə 100-ə yaxın KOB subyektinin 1000-dən çox çeşiddə məhsulları nümayiş olunur. Tədbirdə həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçirilir, biznes xidmətləri göstərilir, ebru sənətinin, qum üzərində rəsm sənətinin və s. dekorativ tətbiqi sənət növlərinin KOB subyektləri tərəfindən master-klassları, eləcə də mədəni-əyləncəli proqram təqdim edilir. 

Festivalın açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Fest”in mikro və kiçik sahibkarların satış imkanlarının genişləndirilməsində və yerli məhsulların tanıdılmasında əhəmiyyətini qeyd ediblər.

KOB Fest sərgi-satış yarmarkası aprelin 26-dək hər gün saat 10.00-dan 20.30-dək fəaliyyət göstərəcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.