Home » Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intelektual yarışması keçirilib

Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intelektual yarışması keçirilib

by bbnadm
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” Banklararası intelektual yarışmanın qalibləri məlum olub.

13 dekabr 2022-cu il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” intelektual yarışması keçirilib. 12 bankdan 80-ə yaxın əməkdaşın iştirak etdiyi yarışmanın qalibi “Kapital Bank” komandası olub.

Belə ki, “Kapital Bank” komandası mümkün 36 sualdan 27-nə cavab verərək I yerə, “Bank Resbublika” komandası isə 25-ni cavablandıraraq II yerə layiq görülüb.

“ABB” və “Azəricard” komandaları mümkün 36 sualdan 24-nə cavab verərək sonda bərabərliyə qalıb. 3 mərhələdən ibarət çempionatda III yerin müəyyənləşdirilməsi üçün komandalara əlavə suallar verilib. Və nəticədə “ABB” komandası daha çox suala cavab verərək III yerdə qərarlaşıb.

Xatırladaq ki, ötən yarışmada “Kapital Bank” I, “Bank of Baku” II, “Yelo Bank” isə III yerdə qərarlaşıb.

Yarışın ilk 3 yerinin reytinqini diqqətinizə çatdırırıq.

SıraKomandaXal
I“Kapital Bank”27
II“Bank Respublika”25
III“ABB”24

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.