Home » Uşaqlar arasında “İTi Zəka” müsabiqəsi təşkil olunub

Uşaqlar arasında “İTi Zəka” müsabiqəsi təşkil olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

13 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi uşaqlar arasında “İTi Zəka” hakatonunun mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov iştirak ediblər.

Müsabiqəyə 230 uşaq qeydiyyatdan keçib və 12 komanda uşaq inkişafı, təhsil və uşaqlar, zorakılıqdan müdafiə, uşaqların informasiya təhlükəsizliyi, uşaqların asudə vaxtı mövzularında yeni innovativ həllin yaradılması istiqamətində yarışıb.

Müsabiqənin məqsədi uşaqlara öz hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, innovativ həll yolları təklif etmək üçün şərait yaratmaq, onlarda yaradıcı düşüncəni formalaşdırmaq, eyni zamanda komandada işləmək və rəqəmsal bacarıqlarını inkişaf etdirməkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.