Home » “EY İlin İş Adamı” müsabiqəsi ölkəmizdə dördüncü dəfə keçirilir

“EY İlin İş Adamı” müsabiqəsi ölkəmizdə dördüncü dəfə keçirilir

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

EY (keçmişdə Ernst & Young) şirkəti Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərini “EY İlin İş Adamı” 2022-2023 müsabiqəsində iştirak etməyə dəvət edir. “EY İlin İş Adamı” proqramı innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda lider mövqe tutan şirkətlər yarada bilmiş, cəmiyyətə müsbət təsir göstərən uğurlu kiçik və orta sahibkarlıq subyektlərinin namizədliklərini (ərizələrini) qəbul edir.  

Kimlər iştirak edə bilər?

  • Namizəd və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir.
  • Namizəd şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və rəhbər vəzifə tutmalıdır. 
  • Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır.
  • Namizəd son 2 il üzrə vergi nəticələrinin izlənilə bilməsini təmin etməli və maliyyə hesabatlarını təqdim edə bilməlidir. 

Namizədliyi necə irəli sürmək olar? 

Uyğunluq meyarları ilə bağlı daha ətraflı məlumat almaq və namizədliyi irəli sürmək üçün www.eoy.az saytına daxil olun. 

Proqramın cədvəli:

  • Namizədlik üçün ərizələr 31 dekabr 2022-ci il tarixinədək təqdim edilməlidir.
  • Namizədlər 2023-ci ilin fevral ayı ərzində müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
  • “EY İlin İş Adamı” proqramının milli mərhələsinin finalçıları və yekun qalib fevral ayında keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək. 
  • Milli qalib iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində yarışmaq üçün Monakoya səfər edəcək. 

Münsiflər heyəti: 

Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca müstəqil münsiflər heyəti tərəfindən uyğun namizədlər arasından finalçılar və qaliblər seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi vəyaradıcılığı, sosial məsuliyyət və dayanıqlığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.

Məxfilik  

Namizədlik irəli sürülərkən təqdim olunan bütün maliyyə və fərdi məlumatlar məxfi hesab ediləcək və müvafiq olaraq qorunacaq.

Tərəfdaşlar və sponsorlar: 

“EY İlin İş Adamı” müsabiqəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə strateji tərəfdaşlıq çərçivəsində ABB, bp və “Veyseloğlu” Şirkətlər Qrupunun maliyyə dəstəyi ilə keçirilir. AZPROMO və “EKVITA” proqramın tərəfdaşları sırasındadır.

“EY İlin İş Adamı” proqramı haqqında

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.