Home » Avropa Mərkəzi Bankının prezidenti Milad bayramı ərəfəsindəki təbrik mesajında “iqtisadi siqnallar” verib

Avropa Mərkəzi Bankının prezidenti Milad bayramı ərəfəsindəki təbrik mesajında “iqtisadi siqnallar” verib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“2022-ci ildə biz sülh, ucuz enerji və qiymət stabilliyinin dəyərini bir daha anladıq. Rusiyanın Ukraynaya və insanlarına qarşı dəhşətli müharibəsindən dolayı insan əzabının yeni bir səviyyəsini gördük və ümid etmişdik ki, Avropa ölkəsində belə halların heç vaxt şahidi olmayacağıq. Müharibə enerjinin qiymətini yüksəldib, Avropa boyu inflyasiyaya səbəb olub. Mən bilirəm ki, yüksək inflyasiya hər kəsi incidir, xüsusilə də kasıbları. Mən söz verirəm ki, biz inflyasiyanı aşağı salmaq üçün əlimizdən gələni edəcəyik”. 

BBN.az xəbər verir ki, bu haqda Avropa Mərkəzi Bankının prezidenti Christine Lagarde Milad bayramı ərəfəsindəki (dekabrın 25-i qeyd ediləcək-red.) təbrik mesajında deyib. 

“Biz faiz dərəcələrini yüksəldirik və gələcəkdə də bunu edəcəyik. İnflyasiyanı orta müddətli hədəfimiz olan 2%-ə çatdırana qədər davam edəcəyik. Və biz uğurlu olacağıq.  Mən həmçinin çox şadam ki, bizim Avro ailəmiz böyüməkdədir. Xorvatiya yanvarın 1-dən Avrozonaya daxil olan 20-ci üzv olacaq.

2023-cü ildə dəyərli olanları qorumaq üçün həll yolu tapacağıq. Sülh, azadlıq və demokratiya. 2022-ci il təsəvvür belə etmədiyimiz qədər çətin oldu. Ümid edirəm ki, bu bayram dövründə sevdikləriniz ilə birlikdə sevinc və xoş anları bölüşəcəksiniz. Sizə 2023-cü ildə xoşbəxt başlanğıc arzu edirəm”. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.