Home » AMB: “Biznes kreditlərində kənd təsərrüfatının payı 22,5 %-ə çatıb”

AMB: “Biznes kreditlərində kənd təsərrüfatının payı 22,5 %-ə çatıb”

by bbnadm
0 comments 0 views 1 minutes read

Biznes kreditlərində kənd təsərrüfatı sahəsinə verilən kreditlərin həcmi əvvəlki illərə nisbətən artaraq 2022-ci ilin sonuna 22,5 %-ə çatıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Toğrul Əliyev Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümumilikdə aqrar sektora verilən biznes kreditlərinin 1/3-i dövlətin, 2/3-i isə bankların öz vəsaitinin hesabına reallaşıb.

T. Əliyev əlavə olaraq qeyd edib ki, ötən il ərzində bankların ümumi kredit portfeli 17,6 % artıb və 19,6 milyard manata çatıb: “Bu portfeldə biznes kreditləri 11 % artaraq 55,4 %-ə çatıb. Hazırda bu portfelin həcmi 11 milyard manat təşkil edir”.

Report

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.