Home » Sahibkarlar 2027-ci ildə vahid ölkə stendində beynəlxalq sərgilərdə iştirak etməyə dəvət olunurlar

Sahibkarlar 2027-ci ildə vahid ölkə stendində beynəlxalq sərgilərdə iştirak etməyə dəvət olunurlar

by Aytac
0 comments 0 views 1 minutes read

qtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 4.2.1-ci bəndinin tələbləri nəzərə alınmaqla, 2027-ci il ərzində vahid ölkə stendi ilə iştirak edilməsi nəzərdə tutulan beynəlxalq sərgilərin (və ya yarmarkaların) siyahısı təqdim edilir:

Sərginin adı Keçiriləcək şəhər Tarix Sərgidə iştirak edəcək ixracatçıların maksimum sayı
1 Prodexpo Moskva, Rusiya 1-4 mart 2027 30
2 Gulfood Dubay, BƏƏ 15-19 mart 2027  

30

3 UzBuild Daşkənd, Özbəkistan 16-18 mart 2027  

30

4 Russia & Islamic World Cooperation Expo Kazan, Rusiya May, 2027  

20

5 CIFTIS Pekin, Çin Sentyabr, 2027  

30

6 WorldFood Moscow Moskva, Rusiya Sentyabr, 2027  

30

7 The Saudi Food Show Ər-Riyad, Səudiyyə Ərəbistanı İyun, 2027  

30

8 Anuga Köln, Almaniya 9-13 oktyabr 2027  

30

9 China International Import Expo Şanxay, Çin Noyabr, 2027  

30

Qeyd: Bəzi beynəlxalq sərgilər üzrə tarixlər dəqiq müəyyənləşdirilmədiyi üçün qeyd olunmamışdır.

Vahid ölkə stendi ilə beynəlxalq sərgilərdə iştirak üçün seçim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2018-ci il tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası”na uyğun olaraq müsabiqə əsasında həyata keçirilir.

Müsabiqədə iştirak üçün İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində dərc edilmiş elanda qeyd edilmiş məhsul kateqoriyaları üzrə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən tələb edilən sənədlər son sənəd qəbulu tarixinədək İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya təqdim edilməlidir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.