Home » “Acwa Power” şirkəti ilə əməkdaşlıq genişlənir

“Acwa Power” şirkəti ilə əməkdaşlıq genişlənir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşüb.

İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri ilə işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Bildirilib ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə, 2022-ci ildə şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanılması ilə enerji layihələrinin inkişafında yeni səhifə açılıb.

Görüşdə “yaşıl” enerji layihələrinə tətbiq olunan stimullar barədə məlumat verilib, “Acwa Power” şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması layihəsi barədə müzakirələr aparılıb. 

Qeyd: Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpa olunan enerji ektorunda aparıcı şirkətlərindən olan “Acwa Power” şirkəti 2004-cü ildə yaradılıb. Şirkət dünyanın bir sıra ölkələrində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.