Home » Avropa İttifaqına mühacirlik ilə bağlı müraciət edənlərin sayı açıqlandı

Avropa İttifaqına mühacirlik ilə bağlı müraciət edənlərin sayı açıqlandı

by bbnadm
0 comments 1 views 1 minutes read

2022-ci ildə iqtisadi və siyasi səbəblərdən dolayı Avropa İttifaqına mühacirlik ilə bağlı müraciət edənlərin sayı 1 milyon nəfərə yaxınlaşıb. Verilən məlumata əsasən onların sırasında isə əfqan və suriyalılar üstünlük təşkil edir.

BBN.az DW Business-ə istinadən xəbər verir ki, çərşənbə günü Mühacirlər üçün Avropa İttfaqı Agentliyindən verilən məlumatda deyilib ki, bu isə 2016-cı ildən bu yana ən yüksək rəqəm hesab edilir. 

“Agentlik 2022-ci ildə 966.000 müraciət əldə edib ki, bu da 2021-ci ildən 50% daha çoxdur”, – deyə açıqlamada bildirilib. Rəqəmlərə Aİ ölkələri və ona daxil olmayan Norveç və İsveçrə üçün müraciətlər də daxildir. 

Qeyd edək ki, Ukrayna vətəndaşları üçün isə Aİ-nin başqa bir mexanizmi işləyir və onların müraciətləri bura daxil deyil. Məqsəd isə Ukrayna vətəndaşlarının müraciətlərinə daha tez baxılması ilə bağlıdır. Bildirək ki, 2016-cı ildə Suriya konfliktindən dolayı təxminən 1.251.815 nəfər mühacirlik ilə bağlı Aİ-yə müraciət etmişdi. Bu isə İkinci Dünya Müharibəsindən bu yana Avropaya ən böyük axın idi.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.